Millimizin braziliyalı üzvü Riçard Almeydanın çıxış etdiyi "Baniyas" BƏƏ-nin elitasında növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən klub 18-ci turda səfərdə "Xorfakkan”la üz-üzə gəlib və yenilib - 1:2. Start "11-lik"də yer alan Riçard sonadək tər töküb.
Qeyd edək ki, "Baniyas” 18 oyuna topladığı 20 xalla 14 iştirakçı arasında 9-cudu.
Fanat.Az