"Ümid edirəm ki, "Neftçi"nin qapıçısı Aqil Məmmədovun sağlıq durumu qaydasındadı. Hazırda ən vacib məsələ budur. "Neftçi"nin ilk hücumunda qol buraxdıq. Rəqib bizdən daha yaxşı oyun sərgilədi. Qarşılaşmadakı ikinci qol həlledici oldu. 0:10 hesabıyla yenilə də bilərdik. İkinci qolu buraxmamalıydıq. Rəqibin sürətli və keyfiyyətli futbolçuları var".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XX turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
46 əcnəbi çalışdırıcı məsuliyyəti üzərinə götürüb: "Ötən tur "Qarabağ"la qolsuz heç-heçə etdik. Bu gün 5:2 və başqa cür də ola bilərdi. Rəqib ilk hücumda qol vurursa, sona qədər açıq futbol sərgiləmək lazımdı".
Oyunun bütün məsuliyyəti mənimdi. Hansısa futbolçu hazırlığa bir gün tez və ya bir gün gec qatılır. Bu gün "Neftçi" qalib gəldi. Ola bilər ki, növbəti matçdas biz sevinək".
Fanat.Az