Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin komandası "Ufa” da növbəti matçına çıxıb. Başqırdıstan təmsilçisi "Zenit”in qonağı olub. Matçın favoriti sayılan meydan sahibləri qələbə qazana bilməyib – 0:0.
Azər start heyətdə meydana çıxıb və sonadək tər töküb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə matçın iştirak ərizəsinə salınmayıb.
21 tura 26 xal yığmağı bacaran "Ufa” turnir cədvəlində 16 kollektiv arasında 8-cidi.
Fanat.Az