Misirin "6th October” klubunda top qovan 75 yaşlı Ezz El-Din Bahader yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, ahıl oyunçu Misirin 3-ci liqasında "Genius”la matçda (1:1) zədəli olsa da, 90 dəqiqə tər töküb və penaltidən qol vurub. Bununla da o, qol vuran ən yaşlı peşəkar futbolçu qismində diqqətləri üzərinə çəkib.
4 övladı və 6 nəvəsi olan Bahader daha 1 matçda 90 dəqiqə oynayarsa, israilli İsaak Hayikə məxsus olan ən yaşlı futbolçu rekordunu yeniləyəcək və "Ginnesin rekordlar kitabı”na düşəcək.
Fanat.Az