
Almaniyanın "Bavariya" klubu 2026/2027 mövsümü üçün yeni səfər formasını təqdim edib.
Fanat.Az xəbər verir ki, adidas tərəfindən hazırlanan yeni formada ağ rəng üstünlük təşkil edir. Dizaynda klubun 1990-cı və 2000-ci illərin əvvəllərində istifadə etdiyi formaların üslubundan ilham alınıb. Köynəkdə tünd göy və qırmızı detallara yer verilib.

Xatırladaq ki, klub liqada ilk səfər matçını "Şalke"yə qarşı oynayacaq.
Əlisahib İbrahimli