Türkiyə millisinin "vuran ayağı" Cenk Tosun zədə üzündən icarə əsasında oynadığı "Kristal Pelas"dan müqavilə ilə məxsus olduğu "Everton"a dönüb.
Fanat.Az "Evening Standard"a istinadən xəbər verir ki, London təmsilçisinin 29 yaşlı türk forvardla bağlı planı var. "Qartallar" az vaxtda özünü yaxşı tərəfdən göstərən Tosundan razı qaldığı üçün onun transfer hüquqlarını bu yay almağa can atacaq. Londonlular hücumçunu transfer etmək üçün "Everton"la danışıqlara başlamağı hədəfləyir.
"Kristal Pelas"da 5 oyuna çıxan və 1 qol vuran Cenk ciddi zədə səbəbindən AÇ-2020-də Türkiyə millisinə kömək edə bilməyəcək.
Fanat.Az