Riçard Almeydanın komandası - "Baniyas” "Prezident kuboku”nda növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisinin şərəfini qoruduğu BƏƏ klubu turnirin yarımfinal mərhələsi çərçivəsində "Əl-Dafra” ilə üz-üzə gəlib.
"Baniyas” 0:1 hesabı ilə uduzaraq finala həsrət qalıb.
Almeyda oyuna start "11-lik"də başlayıb və əlavə vaxt olduğu üçün 120 dəqiqə tər töküb.
Fanat.Az