Azərbaycan millisinin forvardı Rüfət Dadaşov ABŞ-ın 2-ci liqasında ilk turun ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, "Finiks Rayzinq”in hücumçusu debüt matçında het-trik etdiyi üçün bu uğura nail olub.
Seçicilərin 52 faizinin səsini qazanan Dadaşov simvolik yığmaya da salınıb.
USL-in rəsmi saytı yığmamızın üzvü haqda bir neçə cümlə də yazmağı unutmayıb: "Azərbaycanlı futbolçu son 3 mövsümdə özünün ilk ev oyununda het-trik etməyə imkan tapan ikinci futbolçu oldu. O, gözəl qol duyumu olduğunu isbatlayaraq bunu bacardı”.
Fanat.Az