Ötən gün İngiltərə millisinin AVRO-2020-nin finalına vəsiqə qazanmasının ardından Böyük Britaniya Parlamentinin saytında yığmanın çempion olacağı təqdirdə ölkədə bir gün tətil elan edilməsini xahiş edən bir petisiyaya start verilib.
Fanat.Az xəbər verir ki, hazırda 94 mindən artıq İngiltərə vətəndaşı petisiyanı imzalayıb.
100 000 vətəndaşın imzası olacağı halda, parlament vətəndaşların bu təşəbbüsünü nəzərdən keçirməyə məcbur olacaq.
Qeyd edək ki, Danimarka seçməsini yenən (2:1) İngiltərə yığması AVRO-2020-nin finalında İtaliya millisi ilə qarşılaşacaq. Yarışın həlledici oyunu iyul ayının 11-i Londonun "Uembli" stadionunda keçiriləcək. Final fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Emin Şəmsiyev