16:33 09.07.2021 2976

Mahir Əmrəli biznesini kimə həvalə edib? - MÜSAHİBƏ

Bu yay "Legiya" klubuna transfer olunan millimizin futbolçusu Mahir Emreli Polşa mətbuatına geniş müsahibə verib. 
 
Fanat.Az 24 yaşlı hücumçunun "Super Expsress"ə müsahibəsini təqdim edir:
 
- Varşavanın hava limanında sürprizlə rastlaşdınız. Azərbaycanlı azarkeşlər tərəfindən qarşılanmaq sizi təəccübləndirdi?
- Məni ölkəmdə tanıyırlar. Amma Polşadakı soydaşlarımın məni qarşılayacaqlarını gözləmirdim. Belə qarşılanmaq məni çox sevindirdi.  Polşaya gəldiyim ilk günlərdə bu, məni çox motivasiya etdi. İnşallah, onları məyus etmərəm. Həmin görüş üçün onlara təşəkkür etmək istəyirəm. Sosial şəbəkədə də azarkeşlərdən müsbət rəylər almışam.

- "Qarabağ"dan ayrılıb "Legiya"nı seçməyinizə səbəb nə idi?
- "Qarabağ" və "Legiya" çıxış etdiyi liqalarında ən yaxşı klublardır. Həmişə ən yüksək hədəflər uğrunda mübarizə aparan komandada oynamaq istəmişəm. "Qarabağ"da keçirdiyim 6 ildə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynadım. Özümü Azərbaycandan kənarda sınamaq vaxtının gəldiyini düşünürdüm. "Legiy" məni öz heyətinə qatmaqda qərarlı idi. Ciddi maraq göstərdiklərini gördüm. Bu isə mənim üçün çox vacib amil idi. Hiss edirdim ki, mənim Polşada olmağımı həqiqətən çox istəyirlər.

- Başqa təkliflər də vardı?
- Sərbəst agent idim deyə çox təklif vardı. Belçika, Portuqaliya, Danimarka, Serbiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə və Rusiyadan variantlar vardı. "Legiya" Polşanın zəngin tarixə sahib ən yaxşı klubudur. İnternetdə azarkeşlərin komandaya necə dəstək olduqlarını izlədim. Bu, məndə çox maraqlı təəssürat yaratdı. Varşavadayam və bunun mənim üçün yaxşı bir addım olduğunu düşünürəm. Polşada mümkün qədər çox kubok qazanmaq istəyirəm. Çempionluqda "Legiya"ya kömək etsəm, bu, həm də özümün irəliləməyimə kömək edəcək və mən daha güclü liqalardan üzərimə diqqət çəkə biləcəyəm.

- Gələcəkdə hansı liqada çıxış etmək istərdiniz?
- Top-5 liqa klublarından birində olmaq istəyirəm. Məsələn, Bundesliqa. Alman futbolunu çox sevirəm. Ancaq bu, o demək deyil ki, mən artıq Almaniyaya getməyi planlaşdırıram (gülür).

- Çempionlar və Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın heyətində oynamısınız. Həmin vaxtlarla bağlı maraqlı xatirələriniz varmı?
- Dörd il əvvəl Çempionlar Liqası seçmə mərhələsinin "pley-off"unda "Kopenhagen"lə oynadıq. Vurduğum qolla 1:0 hesabı ilə qalib gəldik. Cavab oyununda 1:2 hesabı ilə məğlub olsaq da, səfər qoluna görə Azərbaycan futbolunun tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxdıq. Bu dövr mənim üçün çox vacib idi, çünki bu uğurda mənim də payım vardı. Qrupda "Atletiko" ilə iki heç-heçə etdiyimizi xatırlayıram. Bakıda qolsuz heç-heçə oldu, Madriddə isə qalib gəlmək şansımız var idi, amma 1:1 hesablı bərabərliklə başa çatdı. Ancaq zədə səbəbiylə səfər görüşündə oynaya bilməmişdim.

- Bəs xatirə olaraq hər hansı bir atributunuz varmı?
- Matçlardan sonra adətən rəqiblərimlə forma dəyişən deyiləm. Bunu yalnız bir dəfə "Çelsi" ilə oyunda etmişdim. Əmim oğlu bu klubun azarkeşidir. Ad gününə hədiyyə etmək üçün Villianla formamızı dəyişdik.

- Azərbaycanda iki dəfə çempionatın bombardiri olmusunuz. 
- Keçən il üç dəqiqə ərzində üç qol vurmuşdum. Bu, Azərbaycan çempionatları tarixində ən sürətli het-trik olaraq tarixə düşdü. "Qarabağ"ın liqada ikinci bombardiriyəm. Millinin heyətində Farer Adalarına 30 metrlik məsafədən güclü zərbə ilə vurduğum qoldan da razıyam. Bu qoldan sonra azərbaycanlı jurnalistlər məni məşhur bolqar futbolçu Xristo Stoiçkova bənzətdilər. Ancaq düşünürəm ki, bu, şişirdilmiş bənzətmədir. Bunlar sadəcə olaraq rəqəmlərdir. Belə bir əfsanə ilə müqayisə olunmaq qürurvericidir. Bu səviyyəyə çatmaq üçün çox çalışmaq lazımdır.
 
- "Qarabağ"da Yakub Jezniçakla komanda yoldaşı olmusunuz. Polşa və "Legiya" haqqında sizə nə danışıb?
- Həmin iki il ilə bağlı xoş xatirələrim var. "Qarabağ" və bizim üçün yaxşı illər idi. Jezniçakla danışmışam. "Legyia"ya keçməyin mənim üçün yaxşı fürsət olduğunu dedi. Çünki Polşanın ən böyük klubudur. Mənə burda uğur qazanıb, daha da inkişaf edə biləcəyimi, bunun hər iki tərəf üçün faydalı olacağını başa saldı. Yakubun sözləri qərar verməyimə köməklik etdi. İlk turda "Visla Ploçk"la oynayacağımızı gördüm. Kuba (Yakub Jezniçak) ilə görüşmək üçün səbirsizlənirəm. (gülür)...

- Yeni mövsüm üçün hədəfləriniz nədir?
Mən "Legiya"dayam və burada yalnız qələbə vacibdir. Mən xudbin deyiləm. Hər şeydən əvvəl komandaya kömək etmək istəyirəm. Öncə klubun maraqları mənim üçün vacibdir. Ən əsası Legiyanın çempion olmasıdır, nəin ki, Emrelinin bombardir olması. Əlbətdə ki, bunu etsəm, bu mənim üçün əlavə bir bonus olacaqdır. Ancaq titul qazanmasaq, fərdi mükafatımın əhəmiyyəti olmayacaq. Bu səbəbdən "Legiya"nın uğurları daha önəmlidir.

- Yazda millinin heyətində Ronaldulu Portuqaliya yığmasına qarşı oynamaq fürsətiniz oldu. Ümumiyyətlə, özünüzə kimi kumir sayırsınız?
- Zlatan İbrahimoviç kumirimdir. Futbola ona görə aşiq olmuşam. İbra dahidir. Çox sayda hücumçu izləyirəm, gələcəkdə onlar səviyyədə olmaq üçün hər birindən nəsə öyrənməyə çalışıram. Fikrimcə, Robert Levandovski və Kərim Benzema dünyanın ən yaxşı hücumçularındandır. Robert hərtərəfli futbolçudur. Onun cərimə meydançasında necə davrandığını izləyirəm. Sərt zərbədələri azdır, amma yaxşı hiyləgərlik göstərir. Bu, onun ən yaxşı xüsusiyyətidir. Mən də onun kimi texniki cəhətdən yaxşı davranmaq istərdim. Üstəlik onun böyük bir motivasiyası var. Bu qədər qol vurub və hələ də acdır. Hər bir hücumçu belə olmalıdır.

- Yoxlama görüşlərində "Legiya"da altı qol vurmusunuz. Belə uğurlu bir başlanğıc gözləyirdin?
- Varşavadakı ilk gündən hər şeyin yaxşı getdiyi təəssüratını hiss edirdim. Mənə elə gəlirdi ki, uzun müddətdir burdayam. Bəlkə də "Legiya"da belə bir başlanğıcın səbəbi bu idi. Odur ki, belə bir uğur qazandığım üçün şadam. Mənimlə rus dilində danışan bir məşqçi ilə əlaqəm var. Ancaq yoxlama oyunları rəsmi liqadan və ya Avropa yarışından fərqlidir. O oyunlar artıq geridə qalıb, unutmaq lazımdır.

- "Legiya"nı qarşıda Çempionlar Liqasının I təsnifat mərhələsində "Bude-Qlimt"lə cavab qarşılaşması gözləyir. Norveç çempionu ilə qarşıdurma barədə nə düşünürsünüz?
- Hazırlığımız Çempionlar Liqasındakı matçlara uyğundur. "Bude-Qlimt" sürətli və dinamik oyuna üstünlük verir. Yaxşı hücuma keçirlər, topa sahib olmağı sevirlər. Norveç çempionu yaxşı komandadır. Ancaq "Legiy"a uğur qazanmaq istəyirsə, heç kimdən qorxmamalıdır. Rəqibə hörmət edirəm, çünki Norveç çempionatını böyük fərqlə qazanıblar, keçən mövsüm çox qol vurublar. Bu baxımdan "Legiya" da güclüdür. Hazırki AVRO-2020 göstərir ki, istənilən rəqibə qarşı oynamaq olar. Görün İsveçrə nə etdi, Danimarka necə yarımfinala yüksəldi. Fransa və Almaniya isə yarışı erkən tərk etdilər.

- Bu yaxınlarda Varşavada "Legiya"dan olan yeni dostlarınızla gəzintidəydiniz. Nəqliyyat kimi skuterdən istifadə etdiniz. Siz Avropa yarışlarında da skuterlə irəliləyəcəksiniz?
- Avropa skuterlə irəliləmək üçün uzaq deyilmi? (gülür)... Matias Yohansson ilə birlikdə getdik, çünki yaxınlıqda başqa skuter yox idi. 

- Azərbaycanda heyvandarlıq təsərrüfatınız və böyük meyvə bağınızın olduğu doğrudurmu?
- Bəli, amma bununla əmim məşğuldur. Sahibi mənəm, amma ailə biznesidir. Çiyələk və müxtəlif meyvələrdən ibarət bir bağımız var. Bakıda biznes məhsullarımızı satdığımız mağazamız da var.

- Avropa çempionatında kimi favorit görürsünüz?
- İtaliyanı görürəm, çünki turnirdə ən yaxşı oyunu onlar sərgiləyir. Buna görə ümid edirəm ki, titulu da onlar qazanacaqlar. Buna layiqdirlər. Onların ən yaxşı futbolçusu Lorenso Insinyedir. Hücumda çox şey vəd edir. İngilislərin üstünlüyü var. Çünki "Uembli"də oynayırlar və azarkeşlər də onların tərəfində olacaqlar. 

- AVRO-2020-də sizi əsasən nə təəccübləndirdi?
- "Pley-off"da bir neçə sürpriz oldu. Yarımfinaın bir addımlığinda İsveçrə məni təəccübləndirdi. Hər zaman nizam-intizamı ilə seçilən Fransa və Almaniyanın getməsinə də heyrətləndim. Belçikanın çıxışı çox xoşuma gəldi. Onların heyətində Torqan Hazar diqqətimi çəkdi. Kaş ki, Belçika daha da irəli gedərdi. Ancaq İtaliya daha yaxşı idi.
 
Tərcümə: Emin Şəmsiyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X