"Çelsi" öz yetirməsi Armando Broxa ilə uzunmüddətli müqavilə bağlamağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Fabritsio Romano məlumat yayıb.
İnsayder alban hücumçu ilə müddəti 2026-cı ilə qədər olan sözləşmə imzalanacağını vurğulayıb.
Ötən mövsüm icarə əsasında "Vitess"də çıxış edən gənc futbolçu bu il "Çelsi"nin əsas komandasında yer alacaq.
Qeyd edək ki, İngiltərədə anadan olan Broxa Albaniya millisinin üzvüdür.
Emin Şəmsiyev