Avropa Konfrans Liqasına hazırlaşan "Keşlə” bu gün növbəti yoxlama oyununa çıxıb.
Fanat.az xəbər verir ki, keşləlilər Premyer Liqanın digər təmsilçisi "Səbail”lə 1:1 bərabərə qalıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüşdə hesabı ilk yarının sonunda "Səbail"dən Rauf Əliyev açıb, Sənan Qurbanovun komandası matçın başa çatmasına az qalmış Omar Qudiabinin qolu ilə məğlubiyyətdən qurtulub.
Qeyd edək ki, bu, "Səbail”in yay hazırlıq prosesi çərçivəsində ilk sınağıdır. "Keşlə” isə daha öncə "Qarabağ”la yoxlama oyunu keçirib və 0:7 hesabıyla uduzub.