"ASCO Arena”nın direktoru Rza Həsənov postundan ayrılıb. Daha doğrusu, o, iyulun 15-də iş yerini rəsmən tərk edəcək.
Fanat.az xəbər verir ki, Həsənov bu haqda onu Bayıl stadionuna təhkim edən AFFA rəhbərliyinə məlumat verib.
O, ümumiyyətlə futbol təsərrüfatında çalışmayacaq.
Rza Həsənov xəbəri saytımıza təsdiqləyib: "Səhv eşitməmisiniz, işimdən ayrılmağa qərar vermişəm. Səbəbi odur ki, yeni iş tapmışam. Açığı, futbol sahəsi deyil, tam yeni istiqamətdir. Amma hara getdiyimi sizə açıqlamayacağam”.
Qeyd edək ki, "ASCO Arena” 2012-ci ilin avqustunda təhvil verilib. Burada yerləşən baza isə 2018-ci ildə hazır vəziyyətə gətirilib və "Səbail” klubunun ixtiyarına verilib. Rza Həsənov uzun müddətdir ki, arenanın direktoru vəzifəsində çalışırdı.
Mirağa