Braziliyada təşkil olunan Amerika Kubokuna yekun vurulub.
Ötən axşam final oyunu keçirilib və həlledici qarşılaşmada meydan sahibi Braziliya əzəli rəqibi Argentina ilə üz-üzə gəlib. "Marakana" stadionunda keçirilən görüşün taleyini bir qol həll edib. 22-ci dəqiqədə fərqlənən Anxel di Mariyanın qolu ilə dueldən qalib ayrılan argentinalılar 1993-cü ildən sonra ilk dəfə kuboka sahib çıxıblar.
İştirak etdiyi 29 finaldan 15-də sevinən Argentinanın bu qələbəsi dünya ulduzu Lionel Messi üçün də əlamətdar olub. O, karyerası ərzində milli ilə ilk tituluna yiyələnib.
Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol