Çempionata hazırlaşan "Kəpəz" həftəsonu sınaq matçı keçirəcək.
Fanat.Az xəbər verir ki, Gəncə klubu bazar günü digər divizion təmsilçisi "Zaqatala" ilə gücünü sınayacaq. Oyun Gəncə şəhər stadionunda keçiriləcək və saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq matçını Region Liqasında çıxış edəcək "Mübariz" komandasına qarşı keçirmiş və 10:0 hesabı ilə qalib gəlmişdi.
Mirağa