21:54 11.01.2023 410

“İlk dəfədir ki, belə toplanışa yığışırıq” – Millinin kapitanı

Təlim-məşq toplanışı davam etdirən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin kapitanı Fərid Abbasov hazırlıq prosesi barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Təxminən 6 gündür toplanışdayıq. Əsasən fiziki planda çalışmalara üstünlük verilir. Bu da bizim üçün çox vacibdir. Çünki çempionat oyunları zamanı bu sahədə axsadığımızı görürdük. Birinci hissədən sonra demək olar, yorulurduq. Belədə də asan qollar buraxır, məğlub olurduq. Fasilə zamanı bu cür toplanışın təşkili bizim üçün göydəndüşmə oldu. Onu da qeyd edim ki, ilk dəfədir ki, belə toplanışa yığışırıq. Məşqçi Cordan Da Silva fiziki yükləmələr verir. A millinin baş məşqçisi Alesio Da Silva da məşqlərdə müəyyən taktiki tapşırıqlar üzərində işlədir. Baş məşqçimiz Ağatahir Əzimov isə hər zaman bizimlədir, indiyə qədər nə öyrənmişiksə, onun zəhmətinin bəhrəsidir.

Toplanış həm də komanda, birlik olmağımız baxımından əhəmiyyətlidir. Komanda yoldaşı olaraq bir-birimizi ancaq məşq və oyun zamanı görürdük. Demək olar, dərindən tanışlığımız yox idi. İndi toplanış zamanı hamımız bir binada məskunlaşmışıq, məşqdən sonra asudə vaxtlarımızda kimin hansı xarakterə, qabiliyyətə malik olduğunu öyrənirik. Yəni bir-birimizi daha yaxından tanımaq imkanımız var.

Avropa çempionatının əsas mərhələsində çətin qrupda yer almışıq. Məncə, Bosniya və Herseqovina Fransadan daha güclü komandadır. Hər ikisinin oyununu ötən ay iştirak etdikləri turnir zamanı gördük. Biz də çalışacağıq qarşıdakı 2 aydan maksimum istifadə edək, yaxşı hazırlaşaq. Yüksək Liqanın oyunları səhvlərimizi düzəltmək baxımından əla fürsətdir”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
22:41

Mehin MirzəbalayevaFransada qızıl medal qazanıb

22:09

MPL: "Kəpəz" "Turan"ı yendi, "Zirə" 3 xalı bir qolla götürdü

21:39

"Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim"

21:15

"Bu matçda daha yaxşı oynadıq" - Kurban Bedıyev

20:53

"Everton"un gənc ulduzu komandasını dəyişir

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

Facebookdan bizi izləməyi unutmayın.
X