DÇ-2024-ün elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək futzal üzrə Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək.
Fanat.Az xəbər verir ki, UEFA artıq oyun cədvəlinin ardıcıllığını açıqlayıb.
Sentyabrda rəqib meydanında bu mərhələyə start verəcək futzal yığmamız daha sonra Bakıda oyun keçirəcək. Oktyabrda isə əvvəlcə doğma məkanda, sonra rəqib meydanında gücünü göstərəcək. Dekabr ayında da yenə ilk matçı Bakıda oynayacaq futzal millisi mərhələnin son sınağını rəqib meydanında verəcək.
Qeyd edək ki, 6 dəfə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisi artıq bir dəfə də dünya çempionatının final mərhələsinə qatılıb. 2016-cı ildə Kolumbiyada təşkil olunan mundialda uğurla çıxış edən yığma mübarizəni 1/4 finalda dayandırsa da, yekunda ən güclü 5-ci komanda olmağı bacarıb.