10:58 05.06.2023 426

"Məqsəd "Araz-Naxçıvan"ın əvvəlki nüfuzunu qaytarmaqdır" - Vitali Borisov

Azərbaycan futzalının əfsanələrindən sayılan Vitali Borisov “Araz-Naxçıvan”a baş məşqçi təyinatını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə təyinatı və gələcək planları ilə bağlı danışıb: 

“Təklif gözlənilməz oldu. Rəhbərlik dəvət etdi, danışdıq, istəkləri ilə tanış oldum. “Araz-Naxçıvan” futzalımızın flaqmanıdır. İllərlə bu komandanın heyətində çıxış etmişəm, ən yüksək əyyarlı medallarımı da burada qazanmışam. Ona görə iddialı komanda olduğunu, hər zaman daha yüksək yer tutmaq, mükafat qazanmaq üçün mübarizə apardıqlarını bilirəm. Elə söhbət zamanı da məndən nə istədiklərini təxmini bilirdim. Əlbəttə, ilk tələb yeni mövsümü zirvədə başa vurmaq, eləcə də UEFA Çempionlar Liqasında əvvəlki iddialı “Araz-Naxçıvan”ı geri qaytarmaqdır. Çalışacağıq ki, yeni Çempionlar Liqası mövsümündə komanda bu dəfə ən güclü 16 iştirakçı arasında olsun”.

Baş məşqçi komandanın hazırlığa gələn ay başlayacağını, heyətdə hansı dəyişikliklərin olacağına da həmin vaxt aydınlıq gətiriləcəyini bildirib: “İyulun 15-də Bakıda hazırlıq prosesinə başlayacağıq, təlim-məşq toplanışını da burada keçirəcəyik. Heyətimizə də əl gəzdirəcəyik. Amma kimin qalacağına, kimlərlə güclənəcəyimizə yaxın günlərdə aydınlıq gətiriləcək. Məşqçilər və rəhbrəliklə bunu muzakirə edəcəyik. Məşqsədimizə uyğun komanda formalaşdıracağıq. Çünki tapşırıq aydındır -  “Araz-Naxçıvan”ın beynəlxalq arendakı əvvəlki nüfuzunu geri qaytarmaq”.

Borisov köməkçiləri ilə bağlı qərarına da aydınlıq gətirib: “Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviçi yaxından tanıyıram. Raiçlə hələ 2008-ci ildə Rusiya “Dina”sında bir yer yerdə oynamışıq. 2014-2015-ci illərdə “Fənər”də, 2015-2017-ci illərdə Serbiya “Ekonomaç”ında çıxış edən zaman isə baş məşqçim olub. O, bir müddət EKOL komandasının da baş məşqçisi olub. Kifayət qədər təcrübəli məşqçidir, eyni zamanda Azərbaycan futzalına və futzalçılarına yaxından bələddir. Yerli oyunçular da onu yaxşı tanıyır və hörmətlə yanaşırlar. Raiç UEFA tərəfindən futzal üzrə keçirilən məşqçi kurslarına da qatılıb və kateqoriyası var. Bütün bu sadaladıqlarım qərarıma təsir edən amillərdir. İnanıram ki, güclü və nizam-intizamlı, eyni zamanda mehriban kollektiv formalaşdıracağıq. Bunlar olan yerdə nəticə də qazanılacaq”.  
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

Facebookdan bizi izləməyi unutmayın.
X