12:09 14.09.2023 733

“Hər kəs qələbə haqda düşünür” - Millimizin üzvü

“Yol yorğunluğuna rəğmən Rumıniyadakı ilk məşqimiz normal keçdi. Çalışdıq baş məşqçinin verdiyi tapşırıqları icra edək. Zal istənilən səviyyədə deyil. Bizdən əvvəl həndbolçular məşq edib deyə, örtük yapışqan idi. Ümid edirəm növbəti məşqə qədər təmizləyərlər”. 

Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Amadeu federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində sabah Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi Buzau şəhərində ilk məşqini reallaşdırıb. Məşqdə taktiki planda tapşırıqları yerinə yetirən futzalçılarımız hazırlığını bu gün oyunöncəsi 1 saatlıq məşqlə davam etdirəcək. Komanda əhval-ruhiyyə yüksəkdir: “Hər kəs qələbə haqda düşünür. Uğurlu başlanğıc növbəti oyunlarda daha yaxşı nəticə qazanmağımız üçün vacibdir. Daha bir məşqimiz var. Elə etməliyik ki, bütün gücümüzü səfərbər edək və bura qədər çəkdiyimiz əziyyətin bəhrəsini görək. Çünki Rumıniya ilə matçdan sonra Bakıda Niderlandla görüş var. Həmin oyuna qalib əhvalda çıxmaq istəyirik”.

Millinin müdafiəçisi rəqib haqda bunları dilə gətirib: “Rumıniyanın 2 oyununa baxmışam. Heyətlərində braziliya əsilli 4 futzalçı var. Çox çətin oyun olacaq. Şansları qaçırmaq olmaz. Elə oyundur ki, həmin gün kim yaxşı konsantrasiya olsa, imkanları düzgün dəyərləndirsə, qələbə qazanacaq”.

Amadeu qrupla bağlı düşüncələrini də bildirib: “Rumıniya, dediyim kimi güclü rəqiblərdəndir. Onlara qarşı oynamaq digər komandalara da çətin olacaq. Niderland isə hər matçda sürpriz edəcək gücdədir. Son illərdə onlar inkişafdadır, heyətlərində fərdi qabiliyyətinə görə seçilən oyunçular var. Birəbirdə güclüdürlər. Qazaxıstan yığması haqda isə geniş danışmağa dəyməz. Onlar son illərdə böyük yarışların final mərhələsində oynamağa adət ediblər. Qrup lideri olmaq baxımından komandamızın şansı 50-nin 50-yədir”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
21:39

"Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim"

21:15

"Bu matçda daha yaxşı oynadıq" - Kurban Bedıyev

21:05

MPL: "Zirə" "Neftçi"ni yenir - YENİLƏNİR

20:53

"Everton"un gənc ulduzu komandasını dəyişir

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

Facebookdan bizi izləməyi unutmayın.
X