13:12 08.09.2025 1209

AFFA-da püşkatma mərasimi keçirildi

Bu gün Yüksək və Birinci liqalarda yeni – 2025-2026-cı illər mövsümünün püşkü atılıb. 

Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil edilən mərasimdə əvvəlcə UEFA Çempionlar Liqasında ilkin mərhələni uğurla başa vuran və əsas mərhələdə iştirak hüququ qazanan “Araz-Naxçıvan”a təbriklər çatdırılıb.

Əvvəlcədən də xəbər verdiyimiz kimi, Yüksək Liqada 6 komanda yarışacaq. Onlardan “Lənkəran” MFK debütantdır. Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Ən çox xal toplayan komanda çempion elan olunacaq və növbəti mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. Əsasnamədə edilən dəyişikliklərlə bağlı klub nümayəndələrinə məlumatlar verilib. Yeni mövsümdə Yüksək Liqada legionerlərlə bağlı limiti tətbiq olmayacaq. Komandalar iştirak ərizəsinə və oyunun protokoluna icazə verilən sayda əcnəbi futzalçının adını daxil edə biləcəklər. İlk turda ötən çempionatın qızıl və gümüş medalçıları üz-üzə gələcək.

Birinci Liqada isə 10 komanda iştirak edəcək. Bir dövrədən ibarət olacaq dairəvi sistemin sonunda ilk “4-lük”də qərarlaşan kollektivlər pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi 4-cü, 2-ci yerin sahibi isə 3-cü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. Yüksək Liqadan fərqli olaraq aşağı liqada legionerlərlə bağlı limiti tətbiq ediləcək. Komandalar 4 həvəskar statuslu əcnəbini sifariş edə və oynada biləcəklər. Yüksək Liqaya sentyabrın 18-də, Birinci Liqaya isə oktyabrın 9-da start veriləcək.

Yüksək Liqa
I tur
18 sentyabr

U-19 – Şuşa
Neftçi İK – Lənkəran
Baku Fire – Araz-Naxçıvan

Birinci Liqa
I tur
9 oktyabr

Baku Fire-2 – STAR kargo
Atletiko Baku – Ulduz
Xan-Lənkəran – Trabzon-Azərbaycan
Dəstə Ordubad – PFL
Yeni Suraxanı - Timsport

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 Sentyabr 2026
00:57

ÇL:"Real Madrid" "İnter"i əliboş yola saldı, "Sabah"ın rəqibindən çətin qələbə

08 Sentyabr 2026
23:58

Futbol tarixində hələ belə hadisə olmamışdı

23:13

Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar

22:51

Tehran Məmmədov dünya çempionatında qızıl medal qazandı

22:28

Azərbaycan millisi Yalovada beynəlxalq turnirdə iştirak edir

21:52

"UFC rəhbərliyi ilə hər şeyi razılaşdırmışıq" - Azərbaycanlı döyüşçü Fanat.Az-a danışdı

21:11

AFFA nümayəndəsi UEFA tərəfindən təyinat aldı

21:04

II Liqa: "Difai" son dəqiqələrdə sevindi, "Hypers"dən darmadağın

20:46

Lyuis Hol "Nyukasl"da qalır

20:22

Forma sponsorluğu üçün "Türk Hava Yolları" ilə razılıq əldə olundu

19:50

Onyeka Obijohn "Karvan-Yevlax"da

19:28

Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir

18:56

"Qızıl top"un namizədləri bəlli oldu

18:15

"Neftçi" heyətini gücləndirdi

17:54

Gənclər futbolunda oyun formatları müzakirə olundu

17:36

Füzuli Məmmədov: "Karvan"la oyuna da qələbə üçün çıxacağıq"

17:18

"Mançester Yunayted" Alabanı istəmir

16:59

"Fanat.Az Liqası"nda 4-cü turun qalibi: "Bu, klublara və sahibkarlara böyük təkan oldu"

16:41

Elçin Mustafayev: "Məqsədimiz "Şahdağ Qusar"la oyunda qələbə qazanmaqdır"

16:23

"Səbail" Fransa III Liqasından futbolçu transfer etdi

16:05

Gəncədə birdəqiqəlik sükut olacaq

15:49

İdris İnqilablı: "Neftçi"dən xal almaq bizim üçün yaxşı motivasiya olar"

15:31

U-19-un planları bilindi: Əvvəl Qəbələ, sonra Sloveniya

15:12

AFFA İntizam Komitəsi 4 klubu cərimələdi

14:54

Tural Cəlilov: "Xal qazanmaq istəyirik"

14:36

Mateuş Koxalski "Qarabağ"dan ayrıldı - RƏSMİ

14:17

"Sabah"ın MY ilə matçını bu hakimlər idarə edəcək

13:58

Samir Əliyev: "Sabah"ın Mançester səfərindən xalla qayıdacağı inandırıcı görünmür, amma..."

13:40

Məşqçiliyə başlayan Hüseyn Axundovun yeni iş yeri bilindi

13:22

"Sabah" MY-ni əks-hücumlarda tuta bilər" - Arif Əsədov

13:03

"Real Madrid" bu futbolçuları "İnter"ə qarşı oynada bilməyəcək

12:44

Mbappe: "Qızıl top"u qazanmağım sürpriz olmaz"

12:25

Azər Bağırov "Sumqayıt"la səfər matçından nə gözləyir? - AÇIQLAMA

12:06

Kapitan komandadan ayrıldı, karyerasını başa vurdu

11:48

Georgi Minaşvili "Sabahın ulduzları" haqda fikirlərini bölüşdü

11:29

Bülent Korkmaz Türkiyə klubu ilə yollarını ayırdı

11:10

İkinci Liqa: 2-ci tura yekun vurulur

10:51

Holand ÇL matçını buraxacaq

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

"Sabahın ulduzları": "Neftçi" zirvədən 11 "əlli yapışdı" - Fotolar/Nəticələr

Facebookdan bizi izləməyi unutmayın.
X