
İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında Azərbaycan stolüstü tennis və futzal üzrə təmsil olunub.
Fanat.Az xəbər verir ki, futzal yarışlarında ölkəmizi Azərbaycan Tələbə Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olan Azərbaycan İdman Akademiyasının komandası təmsil edib.
Komanda yarış ərzində İspaniya, Norveç, Portuqaliya kollektivlərini məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib.