Xəbər verdiyimiz üçün, Yüksək Liqanın 2021-2022-ci il mövsümündə iştirak edəcək klublar üçün ardıcıl seminarlar keçirilir.
Fanat.Az xəbər verir ki, növbəti belə seminar “Neftçi” İK komandasının üzvləri üçün təşkil olunub. “Olimpik Star”da komandanın məşqindən əvvəl Futzal Federasiyasının hakimlər üzrə koordinatoru Elçin Məmmədov qaydalardakı (Əsasnamə və ya Oyun Qaydaları) dəyişikliklər, təlimatlardakı əlavələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, bundan əvvəl EKOL, "Baku Fire" və U-19 komandaları üçün seminar təşkil olunmuşdu.
Mirağa