23:28 27.10.2021 661

Joze Alesio Da Silva "Uraqan"la oyundan nə gözləyir?

Sabah futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində ilk oyununa çıxıacaq “Araz” (Naxçıvan) “Uraqan”la qarşılaşacaq. 

Fanat.Az xəbər verir ki, təmsilçimiz Ukrayna çempionu ilə matçın son hazırlığını başa vurub.
 
Baş məşqçi Joze Alesio Da Silva komandanın vəziyyəti, eləcə də rəqib haqda federasiyanın rəsmi saytına açıqlama verib:
 
“Mənzil başına bu gün çatsaq da, yorğunluğa rəğmən, məşqimiz yaxşı keçdi. Komandadakı atmosfer məni qane etdi. Ramiz Çovdarov zədəli olduğuna görə bir müddət məşq etməmişdi. Onun hələ tam hazır olmadığını, fiziki hazırlığında müəyyən çatışmazlığın olduğunu deyə bilərəm. Xətai Bağırov da ilkin mərhələnin son matçında qırmızı vərəqə aldığına görə “Uraqan”la oyunda iştirak etməyəcək. İtkilərə baxmayaraq, komandada hər şey normaldı.
 
Əlbəttə, sabahkı oyun çox əhəmiyyətlidir. Çətin olacaq. Bu gün axşam da videoya baxacağıq. Oyunçularıma müəyyən tapşırıqlar verəcəm. 
 
“Uraqan”ın bir neçə oyununa baxmışam. Sıradan rəqib deyil. Əksinə, güclü komandadır. Kollektiv şəkildə əla çıxış edirlər, fərdi bacarıqlarına görə seçilən oyunçuları var. Bir neçə müddətdir bir yerdə çıxış edirlər ki, bu da onların üstünlükləridir. Dörd oyunçusu ölkəsinin milli komandasının üzvüdür. Bir sözlə, komanda şəklində çox güclüdürlər. Həm də nəzərə almaq lazımdır ki, istənilən turnirin, çempionatın ilk oyunu çox çətin keçir. Hətta belə qarşılaşmaları “kilid matç” da adlandırırlar. “Uraqan” bu mübarizəyə doğma meydanda başlayacaq, azarkeşlərin dəstəyini hiss edəcək.
 
İlk məşqdən sonra örtüyün sürüşkən olduğunu deyə bilərəm. Məncə, sabah oyun zamanı bunu hiss etməyəcəyik. Çünki ilk dəfə idi bu zalda məşq edirdik”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

Facebookdan bizi izləməyi unutmayın.
X