Azərbaycan millisinin oyunları azarkeşsiz keçirilə bilər.
Fanat.Az xəbər verir ki, söhbət 19 yanvar - 6 fevral aralığında Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsindən gedir.
"Vesti.kz" saytı fanatların yarış zamanı arenaya buraxılmamaq ehtimalının böyük olduğunu iddia edib.
Qərar ölkədə koronavirusun Omikron ştamının yayılma riskinin yüksək olması və karantin rejiminin tətbiqi ilə əlaqədardır. Qitə çempionatının təxirə salınması da istisna olunmur. Turnirlə bağlı yekun qərar yanvarın 10-dək bəlli olacaq.
Qeyd edək ki, Avropa çempionatına Azərbaycan millisi də qatılacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək.