09:23 20.09.2022 470

"Mundialda iştirak etmək istəyirik" - Azərbaycan millisinin üzvü

Futzal üzrə Azərbaycan millisinin yeni kapitanı Eduardo Borges ötən gün Qazaxıstanla keçirilmiş beynəlxalq yoldaşlıq oyunundan (3:5) sonra federasiyanın mətbuat xidmətinə müsahibə vedib.

Fanat.Az matçda zədələnən və oyunu sona qədər davam etdirə bilməyən milliləşdirilən braziliyalının müsahibəsini təqdim edir.

- Oyunla bağlı nələri qeyd etmək istərdin?

- Maraqlı, dinamik oyun alındı. Birinci hissədə daha yaxşı çıxış etdik. Taktiki planda düzgün oynadıq, az səhv etdik və hesabda üstünlük qazandıq. Təəssüf ki, ikinci hissədə bunu qorumağa çalışsaq da, bacarmadıq. Çünki gücümüz tükənmişdi. Az oyunçu ilə mübarizə aparırdıq, mən də zədələndikdən sonra ümumiyyətlə azlıqda qaldıq və yorulduq. Tam heyətlə bura gəlsəydik, nəticə də fərqli olacaqdı. Üstəlik Batonla Qalo cəmi bir həftədir ki, məşqlərə başlayıblar, hələ hazır deyillər. İstənilən halda, yaxşı oyun alındı. Hakimlər də həmişəki kimi, yerli - öz komandalarına kömək etdilər.

- Zədələndiyinə görə oyunu sona qədər davam etdirə bilmədin. Baş məşqçi də növbəti matçda iştirak etməyəcəyini deyir..

- İndiki məqamda dəqiq bir söz deyə bilmərəm. Allahın köməkliyi ilə ciddi olmaz. Sabah baxacağıq. Meydana çıxmaq istəyirəm. Əgər sağlamlığım buna imkan versə, oynayacağam.

- Bu oyunlar millinin rəsmi matçlarına hazırlıq xarakteri daşıyır. Polşa və Yunanıstanla oyunlara hazırıqmı?

- Məncə, hazırıq. Bu iki oyunun keçirilməsi çox xeyrimizə oldu. Tam heyətimiz səfərə gəlsəydi, əla olardı. Kasad heyətlə oynamaq, 40 dəqiqə mübarizə aparmaq çətindir. Ancaq birinci hissə nəyə qadir olduğumuzu göstərdi. Fineo, Tyaqo, İsa, Xətai də komandaya qoşulsalar, gücümüz artacaq. Yolumuz uzundur, işləməliyik.

- Bu gün meydana kapitan sarğısı ilə çıxdın. Özünü necə hiss edirdin?

- Hazırda o hissləri bölüşə bilməycəm, çünki ifadə etməyə söz tapmıram. Uşaqlara mənə dəstək olduqlarına, hörmət göstərdiklərinə görə təşəkkür edirəm. Həqiqətən çox şadam, sevincliyəm. Hər biriniz çox sağ olun. Qalib xalqın millisində çıxış etmək, kapitan sarğısını daşımaq fəxrdir.

- Karyeranda heç kapitan olmusan?

- Xeyr, ilk dəfə idi ki, kapitan seçilir, komandanı meydana çıxarırdım. Gözəl hisslərdir.

- Bu gün millimizin yer aldığı qrupda ilk oyun keçirildi və Polşa yığması Yunanıstan üzərində qələbə qazandı. Rəqiblərimizlə bağlı nə düşünürsən?

- Hörmətlə yanaşırıq. Hər iki komanda ilə oyunlarımız çətin keçəcək. Reytinqdə onlardan çox yüksəkdəyik, amma futzal durmadan inkişaf edir. Qarşımıza məqsəd qoyulub və buna çatmaq üçün öhdəmizə düşəni edəcəyik. Allahın köməkliyi ilə yenidən mundialda iştirak edərik.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
21:39

"Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim"

21:15

"Bu matçda daha yaxşı oynadıq" - Kurban Bedıyev

21:05

MPL: "Zirə" "Neftçi"ni yenir - YENİLƏNİR

20:53

"Everton"un gənc ulduzu komandasını dəyişir

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

Facebookdan bizi izləməyi unutmayın.
X