21:04 13.01.2023 566

AÇ: Millimiz təsnifat mərhələsinə qələbə ilə başladı

Bu gün Bakıda kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, milli komandamızın Böyük Britaniya, Kipr və Malta seçmələri ilə birgə yer aldığı qrupun oyunları 3 gün ərzində Bakı İdman Sarayında keçiriləcək.

Turnirin ilk matçında Böyük Britaniya və Kipr komandaları üz-üzə gəliblər. Oyundan əvvəl Avropa Həndbol Federasiyasının bayrağı meydançaya gətirilib, açılış matçının iştirakçılarının dövlət himnləri səsləndirilb.

Görüş gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçib. Hər iki komanda turnirə qələbə ilə başlamağa çalışsa da, istəyinə nail ola bilməyib. Qarşılaşma 25:25 hesabı ilə başa çatıb.

Ardınca yarışın açılış mərasimi olub. Milli musiqi sədaları altında təqdim edilən müxtəlif rəqslər, maraqlı kompozisiyalar maraqla qarşılanıb.

Açılış mərasimdən sonra meydançaya Azərbaycan və Malta milliləri çıxıblar. Dövlət himnləri səsləndirildikdən sonra mübarizəyə start verilib. AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov, Gənclər və İdman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovun da izlədiyi oyun Azərbaycan həndbolçularının tam üstünlüyü ilə keçib. Meydançaya qələbə üçün çıxan millimiz fasiləyə 18:6 hesablı üstünlüklə yollanıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən həndbolçularımız 34:25 hesabı ilə qələbə qazanıblar.

Günün hər iki görüşündə sonra ən yaxşı oyunçulara xüsusi mükafatlar təqdim olunub.

Sabah saat 14:45-də Malta – Kipr, 17:00-da Azərbaycan - Böyük Britaniya görüşləri keçiriləcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 İyun 2026
21:16

Joze Mourinyudan şok qərar

20:44

Ulduz futbolçu "Aston Villa"dan ayrılmaq istəyir

20:16

"Real Madrid" müdafiəni tamamilə yeniləyir

19:41

"Arsenal" ulduz futbolçu ilə razılıq əldə etdi

19:12

İraola onun üçün rəsmi danışıqlara başladı

18:52

Azəbaycan yığması Gürcüstanda 2 qələbə qazandı

18:14

Makalele Mbappeyə əsəbiləşdi: "Daha nə istəyirsən?"

17:48

Lionel Messidən daha bir rekord

17:35

Hələ Arnautoviç kimisi olmamışdı - Polsterin rekordu qırıldı

17:17

Pley-offda qalib gələn məşqçi qovuldu

16:44

KL: "Zirə" Litva və Estoniya komandalarının güclüsü ilə qarşılaşa bilər

16:27

KL: "Neftçi"nin potensial rəqibi bilindi

16:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:56

Azərbaycanı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə"də 17 cüdoçu təmsil edəcək

15:38

Medina "Qarabağ"la vidalaşdı - RƏSMİ

15:20

AL: "Qarabağ"ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

15:01

PSJ-nin vingeri DÇ-də tarixə düşdü

14:43

"Belə şeylər barədə karyeramı bitirəndən sonra düşünəcəyəm" - Rekordçunu "taxtdan salan" Mbappe

14:25

"Sabah" TNS-i yenməyi bacarsa... - Potensial rəqibləri bilindi

14:08

Şəhriyar Del Gerani yazır: "Messi - "Tanrının özü!"

13:50

"Real Madrid" daha bir ulduzun transferini reallaşdırdı - RƏSMİ

13:32

Azərbaycanlı qapıçı karyerasını bitirdi

13:14

Ronaldonu geridə qoyan, rekordçuya çatan Messi DÇ-dəki het-trikdən sonra belə danışdı

12:41

Sulşer İngiltərə komandasının baş məşqçi postunu tutmağa yaxındır

12:23

"Araz-Naxçıvan" Ülvi İsgəndərovla bağlı qərarını verdi - RƏSMİ

12:05

Azərbaycan millisinin üzvü Bolqarıstanı Rumıniyaya dəyişdi

11:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:31

Konfrans Liqası: "Neftçi" və "Zirə"nin potensial rəqiblərinin siyahısı dəqiqləşdi

11:14

DÇ-2026: Portuqaliya ilk sınağına çıxır, İngiltərə Xorvatiyaya qarşı

10:49

Rəşad Sadıqov püşkü dəyərləndirdi

10:30

Konfrans Liqası: "Neftçi"nin rəqibi müəyyənləşir - Püşkatma

10:09

DÇ-2026: Argentina ilə Norveç darmadağınla qalib gəldi, Avstriya İordaniyanı üstələdi

09:28

Poçettino Trampa çempionluq söz verib - "Prezident mən olsaydım, o baş məşqçini işdən çıxarardım"

09:00

"Qarabağ"ın məşqçisi "İmişli"də

08:40

"Neftçi"nin hazırlıq planı açıqlandı

07:25

Messi dünya çempionatına het-triklə başladı

02:41

Mbappe Messini geridə qoydu

02:04

Dünya çempionatında hələ belə dəhşət olmamışdı

01:30

DÇ-2026: Argentina millisi ilk matçına çıxır

01:04

DÇ-2026: Fransa inamlı qələbəyə sevindi

Facebookdan bizi izləməyi unutmayın.
X