Rusiya qadın həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək hüququndan məhrum olunub.
Fanat.Az-ın məlumatına görə, qərar Avropa Həndbol Federasiyası (EHF) tərəfindən verilib.
Qurum indilik yarışa ev sahibliyi edəcək yeni ölkənin adını ictimaiyyətə açıqlamayıb.
Qeyd edək ki, EHF İcraiyyə Komitəsinin 2022-ci ilin 28 fevral tarixində verdiyi qərara əsasən, Rusiya və Belarus komandaları Ukrayna ilə müharibə səbəbindən yarışlardan kənarlaşdırılıb.