Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir başa çatıb.
Fanat.Az xəbər verir ki, final matçında “Azəryol” komandası Özbəkistan yığması ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn “Azəryol” yarışın qalibi olub – 32:29.
Üçüncü yer uğrunda görüşdə isə “Qarabağ” Qazaxıstanın “Astana” komandasını 32:28 hesabı ilə üstələyib.