Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, D qrupunda mübarizə aparan yığma Portuqaliyanın Nazare şəhərində Estoniya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolu isə rəqib öz qapısından keçirib.
Qrupun digər qarşılaşmasında İsveçrə və Fransa komandaları üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İsveçrəyə 5:8 hesabı ilə uduzub, Fransaya isə qalib gəlib - 2:0.
Fanat.Az