Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz 1/4 finalda Portuqaliya ilə üz-üzə gəlib.
Seçməmiz Portuqaliyanın Nazare şəhərində keçirilən oyunda 1:6 hesablı darmadağına üzülüb. Komandamızın yeganə qolunu Sabir Allahquliyev vurub.
Xatırladaq ki, Azərbaycan millisi əvvəlki oyunlarında Fransaya 2:0, Estoniyaya 4:3 hesabıyla qalib gəlmiş, İsveçrəyə 5:8 hesabıyla yenilmişdi.
Yığmamız 5-8-ci yerlər uğrunda mübarizə çərçivəsində 1/4 finalda Ukraynaya 5:6 hesabıyla məğlub olmuş İsveçrə ilə qarşılaşacaq.
Fanat.Az