"Neftçi" yeni transferləri Mark Tamaşla Ervin Koffini UEFA-ya sifariş edib.
Fanat.Az xəbər verir ki, hər iki legioner müdafiəçinin adı Bosniya və Herseqovina "Jelezniçar"ı ilə keçiriləcək Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.
Əvəzində isə Serbiya "Partizan"ına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.
"Neftçi" və "Jelezniçar" arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 3-də Bakıda keçiriləcək.