"Omoniya"nın futbolçusu Nikolas Panayotu "Qəbələ"yə qarşı Kiprdə keçirəcəkləri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında iştirak edə biləcək.
Fanat.Az Kipr mətbuatına istinadən xəbər verir ki, ilk qarşılaşmanı zədə səbəbindən buraxan 23 yaşlı müdafiəçi sıraya qayıdıb.
Baş məşqçi Sofronis Avqusti şans verəcəyi təqdirdə, kiprli oyunçu ev oyununda meydana çıxacaq.
Xatırladaq ki, Qəbələdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:3 hesabı ilə məğlub olub. Cavab qarşılaşması avqustun 3-də baş tutacaq.