Bu gün Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.
AEK Larnakada “Makkabi”ni (Təl-Əviv) sınağa çəkəcək. Günün digər matçı isə “Gent”lə “Poqon” arasında keçiriləcək.
Azərbaycan təmsilçilərindən “Sabah”la “Neftçi” növbəti matçlarına sabah çıxacaqlar. Onlar doğma meydanda müvafiq olaraq Serbiya “Partizan”ı və Türkiyə nəhəngi “Beşiktaş”la qarşılaşacaqlar.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
9 avqust
21:00. AEK (Larnaka, Kipr) - “Makkabi” (Təl-Əviv, İsrail)
22:00. “Gent” (Belçika) - “Poqon” (Polşa)