Rusiyanın elita təmsilçisi "Axmat" "Sabah"ın baş məşqçisi Murad Musayevə təklif göndərib.
Fanat.Az "championat" saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Çeçenistan klubunun təklifini geri çevirib.
Musayev "RB Sport" nəşrinə açıqlamasında "Axmat"ın təklifi ilə bağlı sualı belə cavablandırıb: “Biz Konfrans Liqasında “Partizan”la oyun üçün Belqrada uçacağıq. Bütün fikirlərim yalnız “Sabah” və qarşıdakı oyunlardadır”.
Nihat