Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinatını alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Quliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Şerif" (Moldova) - “Olimpiya” (Sloveniya) matçında hakim-inspektor olacaq.
İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi görüş avqutun 15-də “Şerif Arena”da reallaşacaq.