
UEFA Konfrans Liqasının pley-off mərhələsində daha bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, günün yeganə matçı Portuqaliyada baş tutub.
"Gimarayeş" öz meydanında "Zrinski"ni sınağa çəkib. Portuqaliya təmsilçisi böyük hesabla qalib gəlib. Pley-offun ilk oyunlarına sabah yekun vurulacaq.
Qeyd edək ki, pley-off mərhələsinin qalan ilk oyunları avqustun 22-də keçiriləcək. Cavab görüşləri isə gələn həftə baş tutacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
21 avqust
"Gimarayeş" (Portuqaliya) – "Zrinski" (Bosniya və Herseqovina) 3:0
Qollar: Manqas, 46. Borevkoviç, 51. Mendes, 88.