Belarusun "Dinamo" klubunun UEFA Konfrans Liqasının Liqa mərhələsində ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Minsk təmsilçisi Şotlandiyanın "Harts", Danimarkanın "Kopenhagen" və Şimali İrlandiyanın "Larne" kollektivlərini Sumqayıtda qəbul edəcək.
Azarkeşsiz baş tutacaq görüşlər müvafiq olaraq oktyabrın 3-də, saat 20:45-də, noyabrın 28-də, saat 21:45-də və dekabrın 12-də, saat 21:45-də keçiriləcək.