
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Bakıda baş tutan ilk oyununda Minsk "Dinamo"suna 2:4 hesabı ilə uduzan "Neftçi" iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində cavab matçına çıxacaq.
"Ağ-qaralar"ın sözçüsü Asəf Zeynallının Fanat.Az-a verdiyi məlumata görə, məlum siyasi sanksiyalar səbəbindən Belarusda yox, sözügedən şəhərin "Beroye" stadionunda geridönüş etməyə çalışacaq Azərbaycan təmsilçisi dəstəksiz qalacaq:
"Komandanı cavab qarşılaşmasında azərbaycanlı azarkeşlərin dəstəkləyəcəyi gözlənilmir. Bizə bilet üçün müraciət edən olmayıb".
Xatırladaq ki, "Dinamo" - "Neftçi" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Nihat