UEFA Konfrans Liqasının cavab oyununları çərçivəsində Bakıda keçiriləcək "Keşlə" - "Soçi" matçının saatı və hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, iyulun 29-da saat 20:00-da "ASK Arena"da keçiriləcək görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək.
Viktor Şimusikin idarə etdiyi oyunda Anton Qusev və Sergey Kosovets köməkçi hakim olacaq. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.