UEFA Konfrans Liqasında "Soçi”nin rəqibi olan "Keşlə”nin səfərə nə vaxt çıxacağı, komandanın hansı oteldə qalacağı dəqiqləşib.
Klubdan Fanat.Az saytına verilən məlumata görə, bakılılar Soçiyə iyulun 22-də baş tutacaq oyundan 2 gün əvvəl yollanacaq.
Komanda iyulun 20-də çarter reysi ilə yola düşəcək. Komanda "Radisson Blu Resort & Congress Centre” otelində məskunlaşacaq. "Keşlə”nin ayın 20-si və 21-də oyunun baş tutacağı "Fişt” stadionunda məşqi olacaq. Həmçinin, ayın 21-də oyunöncəsi mətbuat konfransı nəzərdə tutulub.”Keşlə” iyulun 22-də oyundan sonra geri qayıdacaq.
Mirağa