UEFA Konfrans Liqasında Serbiya komandası "Çukariçki” ilə qarşılaşacaq "Sumqayıt”ın səfər oyunu üçün yerli azarkeşləri sevindirəcək açıqlama verilib.
Fanat.Az rəqibin rəsmi saytına istinadən xəbər verir ki, klub iyulun 21-də Bakı vaxtı ilə saat 22.00-da "Banovo brdo”da baş tutacaq oyuna giriş pulsuz olacaq. "Çukariçki” rəhbərliyi qitə turnirində açılış oyunu olduğunu nəzərə alaraq, belə qərar verib. Qeyd olunub ki, bir nəfər "Sumqayıt”la matç üçün ən çox dörd bilet ala bilər.
"Çukariçki” Azərbaycan təmsilçisinə qarşı oyunda klub tarixində yeni səhifə yazmaq istəyir. Belə ki, bu komanda ilk dəfə Avropa kuboklarından birinin üçüncü təsnifat mərhələsinə çıxmaq fürsəti qazanəb. Komanda əvvəllər Avropa Liqasının seçmə mərhələsində 4 dəfə oynayıb, hamısında da ikinci turda mübarizəni dayandırıb. "Çukariçki” həm də Konfranslar Liqasında oyun keçirən ilk serb komandası olacaq.
Mirağa