Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" klubu bu gün Serbiyada "Çukariçki"nin qonağı olub.
Fanat.Az xəbər verir ki, Belqrad şəhərinin "Çukariçki" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
Qarşılaşmanı isveçrəli hakim Fedayi San idarə edəcək. Matç azarkeşlərin iştirakı ilə oynanılıb.
"Kimyaçılar" səfər qarşılaşmasından qolsuz heç-heçə ilə dönüb.
Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
21 iyul
22.00 Çukariçki (Serbiya) - Sumqayıt (Azərbaycan) 0:0
Baş hakim: Fedayi San (İsveçrə).
Belqrad. "Çukariçki" stadionu.
Çukariçki: 12. Derde Petroviç, 5. Marko Dociç, 6. Miladin Stevanoviç, 9. Corce Yovanoviç, 19. Strahinya Tanasiyeviç, 22. Srcan Miyailoviç, 27. Milan Saviç, 65. Stefan Şapiç, 70. Aleksa Yankoviç, 77. Stefan Kovaç, 86. Boyan Roqanoviç.
Ehtiyat oyunçular: 1. Nemanya Beliç, 35. Novak Miçoviç, 2. Viktor Roqan, 3. Nemanya Tosiç, 11. Norman Kampbell, 7. Marko Rakonyaç, 20. Asmir Kayeviç, 23. Stefan Koloviç, 26. Uroş Drezgiç, 17. Boyika Nikceviç, 80. Nikola Koliç, 88. Yovan Lukiç
Məşqçi: Pavle Delibaşiç
Sumqayıt: 13. Aydın Bayramov, 4. Höccət Haqverdi, 5. Cəmaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 8. Səbuhi Abdullazadə, 19. Xəzər Mahmudov 20. Roman Hüseynov, 33. Eltun Turabov, 37. Nicat Əliyev, 60. Elvin Məmmədov
Baş məşqçi: Ayxan Abbasov.
Qeyd edək ki, bu, Azərbaycan klublarının Konfrans Liqasındakı ilk oyunu kimi də tarixə düşəcək.