UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" klubu öz meydanında İsrailin "Aşdod" komandasını qəbul edəcək.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, görüş üçün satışa çıxarılan 15 min biletdən cəmi 7500-ü satılıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Röya