"Favorit olmasaq da, müsbət nəticə əldə edə bilərik".
Fanat.Az "KazFootball.kz"ya istinadən xəbər verir ki, Kipr milli komandasının və "Omoniya"nın keçmiş qapıçısı Andreas Haritu Konfrans Liqasının qrup mərhələsinin ilk turunda baş tutacaq "Kayrat" - "Omoniya" oyununu şərh edərkən belə deyib.
O, sabiq klubunu yox, Qazaxıstan təmsilçisini favorit adlandırıb: "Kayrat"la matç? Favorit olmamağımıza baxmayaraq, yenə də qalib gəlmək şansımız var. "Omoniya" öz performansını nümayiş etdirsə, o zaman müsbət nəticə əldə edə bilər".
Qeyd edək ki, H qrupunda yer alan "Kayrat" və "Omoniya" Azərbaycan təmsilçisi "Qarabağ"ın qrupdakı rəqibləridir. Sentyabrın 16-da baş tutacaq ilk turda "Qarabağ" İsveçrə "Bazel"ini Bakıda qəbul edəcək.
Mirağa