İsveçrənin "Bazel" klubunun kadrlar üzrə meneceri Filip Kaufman Konfrans Liqasının H qrupunun start mərhələsində keçiriləcək"Qarabağ"la oyun barədə danışıb.
Fanat.Az xəbər verir ki, menecer bu barədə "Telebazel" saytına açıqlama verib:
"Uzun bir səyahətə çıxırıq. Hazırlığımızı buna uyğun olaraq həyata keçirmişik. Avropada rəqabət aparmaq üçün hər zaman yolda olmalıyıq. Xarici otellərin digər qonaqlarından özünüzü qorumalısınız. Məşq və oyun istisna olmaqla oteldən heç yerə çıxmaq da mümkün olmayacaq. Bilirik ki, pandemiya səbəbindən Azərbaycanda qadağalar bir qədər sərtdir. Amma bu bizim üçün problem deyil.
"Qarabağ"ın xüsusi keyfiyyətlərini bilirik. Qarşıda oyun üslubu bizə bənzəyən güclü rəqiblə görüş gözlənilir. Seçmə mərhələdə heç bir görüşdə uduzmayıblar. Bizi çətin bir duel gözləyir. Amma sabah qələbə qazanmaq şansımız var. İlk oyun bizim üçün önəmlidir. Bu turnirdə bacardığımız qədər irəliləmək istəyirik "
Xatırladaq ki, "Qarabağ" - "Bazel" oyunu sabah Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.
Emin Şəmsiyev