UEFA Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu ada İsrailin "Makkabi" (Təl-Əviv) klubundan Stipe Peritsa, Danimarka "Kopenhagen"indən Conas Vind, İtaliya "Roma"sından Lorentso Pelleqrini və Avstriya LASK-ından Dario Maresiç iddia edir.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.