UEFA Konfrans Liqasının ilk turunda "Roma" öz meydanında Sofiya ÇSKA-sını 5:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, İtaliya təmsilçisinin baş məşqçisi Joze Mourinyu oyundan sonra maraqlı açıqlama ilə yadda qalıb.
5:1 hesablı qələbəyə baxmayaraq portuqaliyalı mütəxəssis oyunundan narazı qaldığını dilə gətirib:
"Bu oyun yaxşı çıxış etmədik. Görmək istədiyim kimi oynamadılar. Bu oyunu bəyənmədim".
Xatırladaq ki, "Roma"nın heyətində Lorenso Pelleqrini (25, 62), Stefan El Şaravi (38), Canluka Mançini (82) və Temmi Abraham (84) fərqləniblər. Bolqarların təsəli qolunu isə oyunun 10-cu dəqiqəsində Qrem Keri vurub.
Emin Şəmsiyev