Konfrans Liqasının qrup oyununda İsveçrə "Bazel"inə (0:0) qarşı matçda zədələnən "Qarabağ"ın yarımmüdafiəçi Xayme Romeronun vəziyyətinə aydınlıq gəlib.
Klubun mətbuat katibi Gündüz Abbaszadənin Fanat.Az-a verdiyi açıqlamaya görə, ispan futbolçunun zədəsi ciddidir:
"Xayme Romero dünən ilk hissədən sonra zədə səbəbi ilə oyunu yarımçıq tərk etmək məcburiyyətində qaldı. Bu gün səhər MRT müayinəsindən keçdi. Nəticədə futbolçunun diz çarpaz bağlarından zədələndiyi aşkar olunub. Əməliyyat qaçılmazdır. Yəqin ki, ölkə xaricində əməliyyat olunacaq. Hansı ölkədə olacağı ilə bağlı qəti qərar verilməyib. Xaymenin ən azı 6 ay yaşıl meydanlardan uzaqda qalacağı dəqiqdir".
Xatırladaq ki, Xayme 2019-cu ildən "Qarabağ" klubunun şərəfini qoruyur.
Emin Şəmsiyev