UEFA Konfrans Liqasında "Qarabağ"ın rəqibləri ölkə çempionatında oyunlara çıxıb.
Fanat.Az xəbər verir ki, dünən Kipr "Omoniya"sı "Doxa"yla qarşılaşıb.
73-cü dəqiqədə hesabda geri düşən, 85-ci dəqiqədə isə azlıqda qalan "Omoniya" 90+3 və 90+8-ci dəqiqələrdə vurduğu qollarla əzmkar qələbə qazanıb.
“Omoniya” 3 turdan sonra 3 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Omoniya” Konfrans Lqasında növbəti oyununu sentyabrın 30-da Kiprdə "Qarabağ"a qarşı keçirəcək.
İsveçrənin "Bazel" klubu ötən həftəsonu kubok, Qazaxıstanın "Kayrat" klubu isə çempionat oyunu keçirib.
Oyunların nəticələrini təqdim edirik:
İsveçrə kuboku
1/16 final
19 sentyabr
16:30. "Qoldaç"-"Bazel" 0:3
Qollar: Millar, 39. Comərt, 59. Palasios, 77.
Qazaxıstan Premyer Liqası
21-ci tur
19 sentyabr
17:00. "Kayrat" - "Qızılorda" 1:0
Qol: Şuşenaçov, 77.
Kipr I Divizionu
3-cü tur
20 sentyabr
20:00. "Omoniya" - "Doxa" 2:1
Qollar: Duris, 90+3-p, Leçjaks, 90+8 - Avto, 73.
Emin Şəmsiyev