Konfrans Liqasının qrupunda növbəti matçını "Omoniya" ilə keçirəcək "Qarabağ"ın Kiprə səfər planı açıqlanıb.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, komanda sabah saat 18:00-da Bakıdan Nikosiyaya yola düşəcək. Təmsilçimiz Kiprin paytaxtında "Landmark" otelində məskunlaşacaq.
Sentyabrın 29-da yerli vaxtla saat 19:10-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı baş tutacaq. 20 dəqiqə sonra isə ağdamlıların açıq məşqi olacaq. Oyun günü səhər də yüngül məşq nəzərdə tutulub.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turu çərçivəsində "Omoniya" ilə sentyabrın 30-da, Bakı vaxtı ilə saat 23:00-da üz-üzə gələcək.
Mirağa